Fikrət Şərif oğlu Əfəndiyev (5 may 1926, Lənbəran, Ağdam qəzası – 10 noyabr 1998, Bakı) — Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon, Zərdab Rayon, Ağdaş Rayon və Vartaşen Rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin ikinci katibi.
Fikrət Əfəndiyev | |
---|---|
12 yanvar 1980 – 1981 | |
Əvvəlki | Vilayət Seyidov |
1967 – 12 yanvar 1980 | |
Əvvəlki | Paşa Paşayev |
Sonrakı | Qalası Cəfərov |
1965 – 1967 | |
1958 – 1962 | |
Sonrakı | Səfiyyə Dibirova |
1957 – 1958 | |
Sonrakı | Səfiyyə Dibirova |
Birinci katib | Əbdülsəməd Mansurov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 1998 (72 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
5 may 1926-cı ildə Sovet İttifaqında, indiki Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində müəllim ailəsində anadan olmuşdur. Fikrət Əfəndiyev əmək fəaliyyətinə 1943-cü ildə başlamışdır. O, doğma kəndində klub müdiri, rabitə şöbəsinin müdiri və yerli məktəbdə müəllim işləmişdir. Fikrət Əfəndiyev 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Burada oxuyarkən o, ictimai işlərdə fəal iştirak etmişdir.
Əfəndiyev Fikrət Şərif oğlu 1998-ci il noyabr ayının 10-da Bakı şəhərində vəfat etmişdir.[1]
1952-ci ildə universiteti bitirdikdən sonra Fikrət Əfəndiyevi partiya işinə irəli çəkmişlər. O, Bakı Vilayət Partiya Komitəsi təşviqat bölməsinin təlimatçısı, Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin təlimatçısı, Azərbaycan KP Balakən Rayon Komitəsinin ikinci katibi olmuşdur.
1957-ci ildə onu Balakən Rayon İcraiyyə Komitəsinin sədri seçmişlər. 1958-1962-ci illərdə Fikrət Əfəndiyev Oğuz Rayon Partiya Komitəsinin birinci katibi, 1962-ci ildən isə Nuxa Kolxoz-Sovxoz Ərazi-İstehsalat İdarəsində Azərbaycan KP MK-nın partiya təşkilatçısı, Ağdaş İstehsalat İdarəsi partiya komitəsinin katibi olmuşdur.
Fikrət Əfəndiyev 1965-ci ildən Ağdaş Rayon Partiya Komitəsnin birinci katibi vəzifəsində işləmişdir. 1967-ci ildə o, Zərdab Rayon Partiya Komitəsnin birinci katibi seçilmişdir. 1980-ci ildən isə Fikrət Əfəndiyev Qasım-İsmayılov Rayon Partiya Komitəsnin birinci katibi seçilmişdir.
1981-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində kadrlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Maddi Mədəniyyət Abidələrinin Mühafizə Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
Beş çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Fikrət Əfəndiyev bir sıra orden, medal və fəxri fərmanlarla təltif edilmişdir.