Mirmövsüm Abbasov (3 oktyabr 1955, Qubaxəlilli, İsmayıllı rayonu – 22 aprel 2010) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.
Mirmövsüm Abbasov | |
---|---|
12 noyabr 2000 – 25 iyul 2002 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 oktyabr 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 22 aprel 2010 (54 yaşında) |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
1955-ci il oktyabrın 3-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrarsənaye kompleksinin iqtisadiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Evlidir, 2 övladı var. 22 aprel 2010-cu ildə vəfat etmişdir.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədridir. 2000-ci il noyabrın 5-də 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
M. K. Abbasovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı № 994 Bakı şəhəri, 25 iyul 2002-ci il Mirmövsüm Kamil oğlu Abbasov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.