Bəxtiyar Cuma oğlu İslamov[2] (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991).
Bəxtiyar İslamov | |
---|---|
1991[1] – 1992[2] | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Eldəniz Yusibov |
1991 – 1991 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Solmaz Ələsgərova |
1991 – 1991 | |
Sonrakı | Vəzifə ləğv olundu. |
1985 – 1991 | |
Əvvəlki | İrşad Əliyev |
1978 – 1985 | |
1972 – 1978 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1992 (56 yaşında) |
Vəfat yeri |
Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi.
Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir.
Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir.
1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır. 1972 ilin avqust ayında Oğuz Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində seçilmişdir.
1978–1985-ci illərdə Oğuz Rayon Partiya Komitəsinin 1-ci katibi, 1985–1991-ci illərdə Balakən Rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir 1991-ci ildə Xanlar Rayon Partiya Komitəsinin 1-ci katibi, struktur dəyişiklərindən sonra Xanlar Rayon Sovetinin sədri seçilmişdir.
Sonra Qəbələ rayonuna rəhbər seçildi və ömrünün sonuna 2 iyul 1992-ci ilin noyabrına kimi bu vəzifədə çalışdı.[3]
Bəxtiyar İslamov iki dəfə respublika Ali Sovetinə deputat seçilmişdir. 1992-ci ildə 56 yaşında vəfat etmişdir.[4]
1991-ci ildə Qəbələ Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş, ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır