Bucaq (Oğuz)

BucaqAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 12 kilometr qərbdə, Oğuz-Şəki şose yolunun sağında, Daşağılçayın sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir.

Bucaq
41°04′42″ şm. e. 47°22′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 588 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.436 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Bucaq xəritədə
Bucaq
Bucaq

Bucaq türk mənşəli tayfa adı ilə bağlı etnotoponimdir. Bucaqlar köçəri noqoyların bir qolu olmuşdur. Sərkərdə Noqoyun yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Onlar Dnepr, Dunay çayları və Qara Dəniz arasındakı bir küncdə (bucaqda) yaşadıqlarına görə belə adlanmışlar. Oğuzdakı, eləcə də Azərbaycan Respublikasının digər rayonlarındakı (Kürdəmir, Neftçala, Yevlax) "Bucaq" toponimləri bugünkü mövcud coğrafi mövqeyinə görə yox, bucaqların tarixən daşıdıqları və özləri ilə gətirdikləri ada görə belə adlanmışlar. Türkiyədə Bucaq, Moldovada Bucaq çölü və Bucaq adlı yaşayış məntəqəsi var.[2]

XIX əsrdə kəndin ərazisində Güllü Bucaqlı adlı icma olmuşdur. Sonralar onların bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaqlı adlanmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə Qozlu Bucaq da adlanırdı.

Kənddə tam orta məktəb, Körpələr evi uşaq bağçası, klub, kitabxana, poçt, 356 yerlik elektron ATS, həkim ambulatoriyası, ticarət və iaşə obyektləri var.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Bucaq kəndi dağlar və meşələrlə əhatə olunmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 575 metrdir. Əlverişli coğrafi mövqedə yerləşir. Dağıstan sərhədinə çıxan Daşağıl keçidinin qarşısındadır. Gürcüstan sərhədindən başlanan qədim şose yolu kəndin ərazisindən keçərək Qəbələ - Şamaxı xətti ilə Bakıya çıxır. Bu yol Qafqaz Albaniyasının ən böyük ticarət yollarından biri olmuşdur.

  • Bucaq kəndinin əhalisi 1579 nəfərdir (01 yanvar 2017-ci il).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]