Firdovsi Əliyev (siyasətçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Firdovsi Əliyev
bayraq
Samux Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
25 oktyabr 2023-cü ildən
ƏvvəlkiAlı Qocayev
21 fevral 2004 – 4 mart 2023
1995 – 2000
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1961(1961-05-05) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı

Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; 5 may 1961, Monidigah, Lerik rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini.

Həyatı

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini çalışıb

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub[1].

Azərbaycan Respublikası Prezidentinin 25 Oktyabr 2023-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib[2].

İstinadlar

  1. "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  2. "F.Ş.Əliyevin Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.

Xarici keçidlər