Gülfəm Xatun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gülfəm Xatun
گلفام خاتون
Şəxsi məlumatlar
Vəfat tarixi 1561 və ya 1562
Vəfat yeri
Həyat yoldaşı I Süleyman
Uşağı Şahzadə Murad

Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul)[1]Osmanlı padşahı I. Süleymanın hərəmi.

Həyatı

Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur.[2] 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir.

Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir.[1] Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər.[3] İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.[3] Ancaq 1930-cu ildə aparılan yol çəkilişi iə əlaqədar türbə və məktəbi dağıdılmışdır.[3]

Mənbə

  1. 1 2 Uluçay, Çağatay (1985). Padişahların kadınları ve kızları Arxivləşdirilib 2012-10-16 at the Wayback Machine. Arxivləşdirilib 2012-10-16 at the Wayback Machine Türk Tarih Kurumu. s. sf. 37-38.
  2. Öztuna, Yılmaz (1989). Kanûni Sultan Süleyman Arxivləşdirilib 2014-01-02 at the Wayback MachineKültür ve Turizm Bakanlığı. s. sf. 9. ISBN 9751703743.
  3. 1 2 3 Sakaoğlu, Necdet (Nisan 2012). Süleyman, Hurrem ve Diğerleri: Bir Dönemin Gerçek Hikayesi. s. sf. 28-29.