Kosmas Damian Azam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kosmas Damian Azam
Doğum tarixi 28 sentyabr 1686(1686-09-28)[1][2]
Vəfat tarixi 10 may 1739(1739-05-10)[3][2][…] (52 yaşında)
Vəfat yeri
Fəaliyyəti memar, rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kosmas Damian Azam (alm. Cosmas Damian Asam‎; 28 sentyabr 1686[1][2]10 may 1739[3][2][…], Münxen, Bavariya kürfürstlüyü[4]) — Almaniya heykəltaraşı, rəssamı və memarı. O, əsasən dekorator və heykəltaraş olan qardaşı Egid Kvirin Azamla birlikdə işləmişdir.

Həyatı

Kosmas Damian Azam 28 sentyabr 1686-cı ildə anadan olmuşdur. O, 1711–1713-cü illərdə Romada İtaliya rəssamı Karlo Marattadan təhsil almışdır.[5] Azam BarokkoRokoko dövründə Cənubi Almaniyanın tavan rəngkarlığının baş ustası idi. O, qismən qardaşı ilə birlikdə Brüxzal, Etlingen qalalarının və Vayqarten monastırının dizaynı üzərində işləmişdir. O, 1713-cü ildə "Müqəddəs Pionun möcüzəsi" rəsm əsərinə görə "Akademiya" mükafatını almışdır. Azam 10 may 1739-cu ildə, 52 yaşında Münhen şəhərində vəfat etmişdir.[6]

İstinadlar

  1. 1 2 Cosmas Damian Asam (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  2. 1 2 3 4 Cosmas Damian Asam // SIKART. 2006.
  3. 1 2 Cosmas Damian Asam (nid.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118504606 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Cosmas Damian Asam at RKD". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.
  6. Asam, Cosmas Damian // Benezit Dictionary of Artists. Oxford University Press. 2011-10-31.

Əlavə ədəbiyyat

  • Erika Hanfstaengl: Die Brüder Cosmas Damian und Egid Quirin Asam (Deutsche Lande — Deutsche Kunst). München/Berlin 1955
  • Wilhelm Schmidt: Asam, Kosmas Damian. In: Allgemeine Deutsche Biographie (ADB). Т. 1, Duncker & Humblot, Leipzig 1875, с. 616 f.