Egid Kvirin Azam (alm. Egid Quirin Asam; 1692[1][2][…], Tegernze[d] – 29 aprel 1750[3][4][…], Manhaym[5]) — Almaniya suvaqçısı, heykəltəraşı və interyer dekoratoru. Barokko dövrünün axırlarında yaşayıb-yaratmış, əsasən qardaşı Kosmas Damian Azamla birlikdə işləmişdir.
Egid Kvirin Azam | |
---|---|
Doğum tarixi | 1692[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 aprel 1750[3][4][…] |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam, memar |
Stil | barokko |
Vikianbarda əlaqəli mediafayllar |
Egid Kvirin Azam 1692-cu ildə Bavariyada, Tegernze şəhərində anadan olmuşdur. O, atasından heykəltəraşlıq təhsili almışdır. Azam ömrünün ortalarında Münhendə məskunlaşmışdır. Onun ən məşhur əsərlərindən biri Cənubi Almaniyanın barokkosunun ən əhəmiyyətli memarlıq strukturlarından biri olan, Münhen şəhərində yerləşən Azamkirxe kilsəsidir. Egid Kvirin Azam 29 aprel 1750-ci ildə Manhaym şəhərində vəfat etmişdir.[6][7]