Kosmas Damian Azam (alm. Cosmas Damian Asam; 28 sentyabr 1686[1][2] – 10 may 1739[3][2][…], Münxen[4]) — Almaniya heykəltaraşı, rəssamı və memarı. O, əsasən dekorator və heykəltaraş olan qardaşı Egid Kvirin Azamla birlikdə işləmişdir.
Kosmas Damian Azam | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1686[1][2] |
Vəfat tarixi | 10 may 1739[3][2][…] (52 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | memar, rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Kosmas Damian Azam 28 sentyabr 1686-cı ildə anadan olmuşdur. O, 1711–1713-cü illərdə Romada İtaliya rəssamı Karlo Marattadan təhsil almışdır.[5] Azam Barokko və Rokoko dövründə Cənubi Almaniyanın tavan rəngkarlığının baş ustası idi. O, qismən qardaşı ilə birlikdə Brüxzal, Etlingen qalalarının və Vayqarten monastırının dizaynı üzərində işləmişdir. O, 1713-cü ildə "Müqəddəs Pionun möcüzəsi" rəsm əsərinə görə "Akademiya" mükafatını almışdır. Azam 10 may 1739-cu ildə, 52 yaşında Münhen şəhərində vəfat etmişdir.[6]