Moris Qodfrua-Demonbin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Moris Qodfrua-Demonbin
fr. Maurice Gaudefroy-Demombynes
Doğum tarixi 15 dekabr 1862(1862-12-15)[1][2]
Vəfat tarixi 12 avqust 1957(1957-08-12)[1] (94 yaşında)
İş yerləri
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]

Moris Qodfrua-Demonbin (fr. Maurice Gaudefroy-Demombynes; 15 dekabr 1862[1][2]12 avqust 1957[1]) — fransız şərqşünası və ərəbşünası.

Həyatı

Moris Qodfrua-Demonbin 15 dekabr 1862-ci ildə Fransanın Amien şəhərində doğulmuşdu. Hüquq təhsili aldıqdan sonra Əlcəzairə gedərək orada Rene Bassetnin tələbəsi oldu; Ərəb dili və ədəbiyatı haqqında geniş bilgi aldı. Parisə dönüncə "École des langues orientales"ə daxil oldu. 1895-ci ildə Əlcəzairdə Tilimsan məktəbində müdir olaraq çalışdı. 1898-ci ildə yenidən Parisə döndü və "École des langues orientales"də kitabxana müdiri, 1911-ci ildə də eyni məktəbdə Ərəb dili müəllimi kimi işlədi. 1923-cü ildə altmış bir yaşında ikən doktorluğunu tamamladı və Paris Universiteti Ədəbiyyat fakültəsinə müəllim təyin edildi. 1927-ci ildə Sorbonnaya bağlı "École des hautes études"dəki İslam Araşdırmaları Mərkəzinə müdir vəzifəsinə dəvət edldi. 1935-ci ildə "Académie des inscriptions et belles lettres"e üzv seçildi. Əlcəzairdə qaldığı müddət içində Məğrib və Əndülüs tarixiylə ilgilendi və bu bölgələrdəki Ərəb ləhcələri üzərində çalışdı.

Moris Qodfrua-Demonbin 12 avqust 1957-ci ildə Parisdə vəfat etdi.

Ədəbiyyat

  • Massé H. Maurice Gaudefroy-Demombynes // Arabica. — 1957, t. 4, fasc. 3;
  • Беляев E. A. Годфруа-Демонбин. Мухаммед // Проблемы востоковедения. — 1960, № 1;
  • Henri Massé, "Maurice Gaudefroy-Demombynes (1862–1957)", Arabica, IV, Leiden 1957, s. 225–230;
  • Regis Blachère, "Maurice Gaudefroy — De-mombynes (1862–1957)", JA, CCXLV (1957), s. 309–311.

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Maurice Gaudefroy-Demombynes // AlKindi.

Xarici keçidlər