Oyan Nəzəriani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Oyan Nəzəriani
az-əbcəd. اویان نظریانی
Şəxsi məlumatlar
Tam adı Oyan Əbdülhəmid oğlu Nəzəriani
Vətəndaşlığı
Doğum tarixi 5 avqust 1994(1994-08-05) (29 yaş)
Doğum yeri
Boyu 185 sm.
Çəkisi 130 kq.
İdman növü Sərbəst güləş
Yunan-Roma güləşi
Çimərlik güləşi

Oyan Nəzəriani (az-əbcəd. اویان نظریانی ing. Oyan Nazariani; 5 avqust 1994, Urmiya) — Urmiyada doğulmuş azərbaycanlı çimərlik güləşiyunan-roma güləşçisi. 2014-cü ildən etibarən güləş üzrə Azərbaycan yığma komandasında çıxış edir. 2016-cı ildə Bakıda keçirilən beynəlxalq "Qızıl Qran-Pri" turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb[1]. Beşqat respublika çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş Çimərlik güləşi üzrə Dünya Çempionatında qızıl medala layiq görülüb. 2020-ci ildən etibarən Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisidir.[2]

Həyatı və təhsili

Oyan Nəzəriani 1994-cü ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. Orta məktəbi Urmiyada bitirdikdən sonra Mahabad Azad Universitetinin hüquq fakultəsində təhsil alıb.

Karyerası

2003-cü ildən etibarən güləşlə məşğul olmağa başlayıb. 2011-ci ildə gənclər arasında keçirilən İran çempionatında üçüncü yeri tutub. Bundan sonra İran güləş yığmasına dəvət olunub. 2013-cü ildə İran yığmasının tərkibində Türkiyənin Kahramanmaraş şəhərində keçirilən Qurtuluş turnirində bürünc medal qazanıb. 2014-cü ildə Azərbaycana köçərək turnirlərdə Azərbaycanı təmsil etməyə başlayır[3]. 2014-cü ildə Azərbaycanda gənclər arasında keçirilən respublika çempionatında qızıl medal, "AGF Kuboku" uğrunda beynəlxalq turnirdə gümüş medal[4], "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirdə qızıl medal[5], Dağıstanda keçirilən beynəlxalq turnirdə isə gümüş medal qazanıb. Sonradan elə həmin ildə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatında[6]Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə Dünya çempionatında çıxış edib[7]. 2015-ci ildə Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatında iştirak etmiş[8], Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə Avropa Millətlər Kuboku turnirində gümüş medal[9], Azərbaycan çempionatında isə qızıl medal almışdır[10]. 2016-cı ildə Avropa Millətlər Kubokunda üçüncü[11], "Qızıl Qran Pri" beynəlxalq turnirində isə birinci yerə çıxıb[12][13]. 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb[1]. 2015[10], 2016, 2017 və 2018-ci illərdə 130 kq çəkidə Azərbaycan çempionu olub. 2019-cu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində ikinci yerə çıxaraq gümüş medal alıb[14][15]. 2019-cu ilin sentyabr ayında Oyan Nəzəriani Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində çempion olaraq dünya çempionluğu kubokuna sahib çıxıb.[16][17]

Məşqçilik fəaliyyəti

21 sentyabr 2020-ci il tarixində Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin edilib.[2] 11 sentyabr 2021-ci ildə Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər[18]. Onlar ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar[19]. Azərbaycan yığması bu yarışda yeniyetmələr arasında komanda hesabında üçüncü yerə yüksəlib.

2021-ci il sentyabrın 26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin və gənclərin dünya çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər. Onlar ümumilikdə 2 qızıl, 2 gümüş medal qazanıblar[20]. Yeniyetmələr arasında komanda hesabında isə üçüncü yerə layiq görülüblər[21].

2021-ci il sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə böyüklər arasında dünya çempionatında Oyan Nəzəriani və İbrahim Yusubov hər biri gümüş medal qazanıblar[22].

Uğurları

Yarış Azərbaycan AZE
2014 2015 2016 2017 2018 2019 2021
Dünya Kuboku 6 2[1]
Avropa Millətlər Kuboku 2[9] 3[11]
"Qızıl Qran-Pri" turniri 1[13]
Çimərlik güləşi üzrə dünya çempionatı 1 2
U-23 Dünya çempionatı 8[23]
U-23 Avropa çempionatı 7[24] 10[25] 12[26]
Gənclərin Dünya Çempionatı 8[7]
Gənclərin Avropa Çempionatı 5[6]
Vehbi Əmrə və Hamit Kaplan xatirə turniri 2
Azərbaycan çempionatı 3 1[10] 1 1 1 1
AGF Kuboku 2[4]
Naxçıvan Kuboku 1[5]

İstinadlar

  1. 1 2 3 "Greco-Roman World Cup" (PDF) (ing. ). unitedworldwrestling.org. Mart 2017. 2020-06-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.12.2018.
  2. 1 2 "Azərbaycan Güləş Federasiyasının iclası keçirilib". awf.az. 21 sentyabr 2020. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2020.
  3. İdman hamı üçün. 2019-09. 2:15 minutes in. Space TV.
  4. 1 2 "Azerbaijan Wrestling Federation Cup 2014" (PDF) (ing. ). unitedworldwrestling.org. 22 aprel 2014. 2022-01-11 tarixində arxivləşdirilib (PDF).
  5. 1 2 "Final stage of Nakhchivan Cup youth freestyle wrestling tournament opens" (ing. ). azertag.az. 5 may 2014. 11 January 2022 tarixində arxivləşdirilib.
  6. 1 2 "European Junior Championships - Results Men 2014" (ing. ). the-sports.org. iyun 2014. 2021-06-28 tarixində arxivləşdirilib.
  7. 1 2 "World Championship 2014 - Junior" (PDF) (ing. ). unitedworldwrestling.org. avqust 2014. 2021-08-24 tarixində arxivləşdirilib (PDF).
  8. "Yığma komandalarımız güləş üzrə U-23 Avropa çempionatında tam heyətlə iştirak edəcək". trend.az. 19 mart 2015. 2021-05-11 tarixində arxivləşdirilib.
  9. 1 2 "Open Cup of European Nations, Alrosa Cup" (PDF) (ing. ). unitedworldwrestling.org. noyabr 2015. 2016-04-04 tarixində arxivləşdirilib (PDF).
  10. 1 2 3 "Böyüklərin Azərbaycan çempionatında son günün nəticələri". awf.az. 27 dekabr 2015. 2018-11-24 tarixində arxivləşdirilib.
  11. 1 2 ""Alrosa" Intercontinental Cup" (PDF) (ing. ). unitedworldwrestling.org. noyabr 2016. 2022-01-11 tarixində arxivləşdirilib (PDF).
  12. "QQP-2016: yunan-Roma güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı". awf.az. 26 noyabr 2016. 2020-01-22 tarixində arxivləşdirilib.
  13. 1 2 "Golden Grand Prix Final" (PDF) (ing. ). unitedworldwrestling.org. noyabr 2016. 2022-01-11 tarixində arxivləşdirilib (PDF).
  14. "37 th VEHBI EMRE & HAMIT KAPLAN TOURNAMENT" (PDF) (ing. ). unitedworldwrestling.org. 1–3 fevral 2019. 2022-01-11 tarixində arxivləşdirilib (PDF).
  15. "Murad Məmmədov İstanbulda çempion oldu". awf.az. 3 fevral 2019. 2020-01-24 tarixində arxivləşdirilib.
  16. "Oyan Nəzəriani Zaqrebdə çempion oldu". awf.az. 7 sentyabr 2019. 16 sentyabr 2019 tarixində arxivləşdirilib.
  17. "Zagreb Beach Wrestling World Series Final - Sep 2019" (PDF) (ing. ). unitedworldwrestling.org. 7–8 sentyabr 2019. 2022-01-11 tarixində arxivləşdirilib (PDF).
  18. "Çimərlik güləşçilərimiz Avropa çempionatında 4 medal qazanıblar" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13.09.2021. 08.11.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.11.2022.
  19. "Katerini Beach Wrestling World Series" (PDF) (ingilis). uww.org. sentyabr 2021. 08.01.2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.01.2022.
  20. "Çimərlik güləşçimiz Hüseyn Əliyev dünya çempionu olub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 23.09.2021. 23.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2022.
  21. "Constanta Beach Wrestling World Series FINAL" (PDF) (ingilis). uww.org. sentyabr 2021. 08.01.2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.01.2022.
  22. "İki çimərlik güləşçimiz dünya ikincisi olub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 26.09.2021. 08.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2022.
  23. "Senior U23 World Championships" (PDF) (ing. ). unitedworldwrestling.org. noyabr 2017. 2019-01-02 tarixində arxivləşdirilib (PDF).
  24. "U23 European Championship" (PDF) (ing. ). unitedworldwrestling.org. mart 2015. 2021-01-13 tarixində arxivləşdirilib (PDF).
  25. "U23 European Championship" (PDF) (ing. ). unitedworldwrestling.org. mart 2016. 2021-05-24 tarixində arxivləşdirilib (PDF).
  26. "U23 Senior European Championships" (PDF) (ing. ). unitedworldwrestling.org. mart 2017. 2021-04-25 tarixində arxivləşdirilib (PDF).

Xarici keçidlər