Pocket Gamer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pocket Gamer
URL pocketgamer.com
Dilləri ingilis dili
Açılma tarixi 2005
Alexa reytinqi
  • 32.256 (20 sentyabr 2021)[1]

"Pocket Gamer" — ABŞBirləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur.

Tarixi

"Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur.[2] Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir.[3] Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış[4] və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir.[5]

2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır.[6] 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi.[7]

Qəbul

"The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır.[8] Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.[7]

İstinadlar

  1. Alexa Internet (ing.). 1996.
  2. Jon Jordan. "Game journalism and my part in its decline". PocketGamer.biz (ingilis). 2014-03-25. 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  3. Chris Holt. "Firemint Wins Four Pocket Gamer Awards". PC World (ingilis). 2012-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  4. "About us". PocketGamer.biz (ingilis). 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  5. "Pocket Gamer Connects". Develop Converence (ingilis). 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  6. Chris James. "Pocket Gamer magazine launches with 500,000 print-run in all O2 stores". Pocket Gamer (ingilis). 2008-05-21. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  7. 1 2 "Pocket Gamer named one of the 'best sites for gamers' by The Sunday Times". Gamasutra (ingilis). 2010-07-06. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  8. "The 100 essential websites". The Guardian (ingilis). 2009-12-08. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.

Xarici keçidlər