Official Irish PlayStation Magazine

Official Irish PlayStation Magazine (abr. OIPM) — "TP Media" tərəfindən nəşr edilmiş keçmiş İrlandiya aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation" və "PlayStation 2" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnal demək olar ki, sadəcə bir il fəaliyyət göstərmişdir (may 2000 – iyul 2001).

Official Irish PlayStation Magazine
Loqonun şəkli
"OIPM" jurnalının 12-ci buraxılışının üzlüyü
"OIPM" jurnalının 12-ci buraxılışının üzlüyü
Baş redaktor Kevin MakDermot
Növ Videooyun
Ümumi tiraj 64,000
Təsis tarixi 2000
İlk buraxılışı 1 may 2000 (2000-05-01)
Nəşrini dayandırıb 1 iyul 2001 (2001-07-01)
Şirkət TP Media
Ölkə  İrlandiya
Qərargah Dublin
Dil İngilis dili
tpmedia.ie

Jurnal 2000-ci ildə "TP Media" şirkəti tərəfindən təsis edilmişdir. Jurnalın ilk nömrəsi 2005-ci ilin ay ayında nəşr edilmişdir.[1] "Official UK PlayStation Magazine" jurnalı "Future Publishing" tərəfindən nəşr edilirdi və İrlandiyada 10 İrlandiya funtuna satılırdı. "OIPM" jurnalının hər buraxılışı 5 İrlandiya funtuna satılırdı. Jurnalın yanında demo disklər də verilirdi. Jurnalın ilk üç buraxılışının üzlüyü Böyük Britaniya versiyasındakı ilə eyni olmasına baxmayaraq, "OIPM" jurnalının məzmunu Kevin MakDermot rəhbərliyindəki bir redaktor heyəti tərəfindən yazılırdı.

2000-ci ilin dekabr ayında "Official Irish PlayStation 2 Magazine" (abr. "OIP2M") fəaliyyətə başlamışdır.[2]

  1. "Company Profile". tpmedia.ie (ingilis). TP Media. 2001-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018. (#invalid_param_val)
  2. "About Official Irish PlayStation 2 Magazine". tpmedia.ie (ingilis). TP Media. 2001-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

web.archive.org/web/20010331052109/http://tpmedia.ie:80/ — "OIPM" jurnalının rəsmi saytı