PlayStation Official Magazine – Australia (abr. OPS) — "Citrus Media" tərəfindən nəşr edilən Avstraliya videooyun jurnalı.[1] Jurnal əvvəllər "Official PlayStation 2 Magazine – Australia" adı altında fəaliyyət göstərirdi, lakin "PlayStation 3" konsolunun satışa çıxarılmasından sonra adını dəyişmişdir. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdır və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edir. Hər il 13 nömrə nəşr edən jurnalın ilk nömrəsi 2007-ci ilin mart ayında nəşr edilmişdir.
PlayStation Official Magazine – Australia | |
---|---|
| |
Baş redaktor | Adam Metyu |
Rəssam | Stefani Qo |
Qrafik dizayner | Rayan Stuart |
Növ | Videooyun |
Dövrilik | İldə 13 dəfə |
Təsis tarixi | 2007 |
İlk buraxılışı | may 2007 | )
Şirkət | Citrus Media |
Ölkə | Avstraliya |
Dil | İngilis dili |
www.magshop.com.au |
"OPS" jurnalının hər bir nömrəsinin qiyməti 15 Avstraliya dollarıdır. Junalın hər bir nömrəsinin yanında içərisində videooyun treylerləri və başqa məzmun olan özəlləşdirilmiş DVD-lər olur. Digər "Official PlayStation Magazine" adı ilə başlayan jurnallarla eyni başlığı daşımasına baxmayaraq, "PlayStation Official Magazine – Australia" məzmun lisenziyalaşdırmır və tamamilə Avstraliyada nəşr edilir. "OPS" Avstraliyada yerli şəkildə yazılan yeganə "PlayStation" jurnalıdır.
PlayStation Official Magazine – Australia Arxivləşdirilib 2016-05-03 at the Wayback Machine – magshop.com.au saytında. (ing.)