Salam Aydınbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Salam Aydınbəyov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
18 aprel 1953 – 8 yanvar 1954
ƏvvəlkiHətəm Əhmədov
SonrakıŞəmsəddin Sultanov
bayraq
Dağıstan MSSR Nazirlər Sovetinin sədri
bayraq2
dekabr 1948 – sentyabr 1951
ƏvvəlkiƏbdürəhman Daniyalov
SonrakıMəhəmməd Məcidov
bayraq
ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi
bayraq2
1946 – 1948
Birinci katibƏziz Əliyev
27 mart 1942 – 25 sentyabr 1942
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi oktyabr 1967
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Atası Müqtədir Aydınbəyov
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakıoktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951)

Həyatı

Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır.[1]

Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir.[1]

1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.[1]

1942-ci ildə Moskvada Ali Partiya Məktəbini bitirərək Bakıya qayıdan Salam Aydınbəyov Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölməsinin müdiri vəzifəsinə yüksəlmişdir. Bir aydan sonra həmin vəzifədən azad edilmiş, Azərbaycan K(b)P Xaçmaz Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. 1942-ci ilin sentyabr ayında Dağıstana Əziz Əliyevin sərəncamına ezam olunanadək bu vəzifədə çalışmışdır.[1] ÜİK(b)P MK yanında Ali Partiya Məktəbini[ru] bitirdikdən sonra 1946-cı ildə ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi seçilmiş, 1948-ci ildən 1951-ci ilədək isə Dağıstan MSSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmişdir.[2]

1951-ci ildə Salam Aydınbəyov Azərbaycana qayıtmış, Azərbaycan KP MK-da şöbə müdirinin müavini, sonra isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır. 1954-cü ildək həyatının sonunadək Azərbaycan Tibb İnstitutunun siyasi iqtisad kafedrasının müdiri olmuşdur. Siyasi iqtisada dair 40-dan artıq elmi əsər, o cümlədən iki monoqrafiyanın müəllifidir.[2]

Salam Aydınbəyov 1925-ci ildən ÜİLKGİ-nin, 1939-cu ildən ÜİK(b)P-nin üzvü olmuşdur.[1] 2-ci çağırış Dağıstan MSSR Ali Sovetinin, 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[3] "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmişdir.[2]

Salam Aydınbəyov 1967-ci ildə Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[4]

İstinadlar

  1. 1 2 3 4 5 Teyyub Qurban. Mir Cəfər Bağırov və Teymur Quliyev // "Ekspress" qəzeti. 17–19 avqust 2013. S. 15.
  2. 1 2 3 Салам Мүгтәдирович Ајдынбәјов // Коммунист. № 247 (13635). 19 октјабр 1967-ҹи ил. С. 4.
  3. Журнал «Возрождение» (rus). № 6 (Лезгины). 2000. С. 28–29.
  4. Aydınbəyov Salam Müqtədir oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 23.

Xarici keçidlər