Sevindik Hətəmov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sevindik Hətəmov
bayraq
Salyan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
4 mart 2016-cı ildən
ƏvvəlkiTahir Kərimov
bayraq
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
10 aprel 2012 – 4 mart 2016
ƏvvəlkiXəzər Aslanov
SonrakıAyaz Əsgərov
Şəxsi məlumatlar
Doğum adı Sevindik Hacıağa oğlu Hətəmov
Doğum tarixi 7 aprel 1969(1969-04-07) (55 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Hətəmov Sevindik Hacıağa oğlu (7 aprel 1961-ci il, Laçın rayonu, Güləbird kəndi) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

Sevindik Hətəmov 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.[1]

1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.

2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[2].

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[3]

İstinadlar

  1. Millət vəkili [ölü keçid]
  2. "S.H.Hətəmovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı" (az.). president.az. 04 mart 2016. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
  3. "S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı" (az.). president.az. 04 mart 2016. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.

Həmçinin bax