Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bu məqalə Xətai metrostansiyası haqqındadır. Digər mənalar üçün Xətai səhifəsinə baxın.
Xətai metrostansiyası — Bakı metrosunda stansiyadır. 1968-ci il 22 fevral tarixində "Stepan Şaumyan metrostansiyası" adı ilə fəaliyyətə başlayıb. Bakı Metropoliteninin ən dərin stansiyasıdır.[1] Buradan qatarlar yalnız Cəfər Cabbarlı stansiyasına hərəkət edir və geri qayıdır. Gələcəkdə Yaşıl xəttin tamamlanması nəticəsində bu stansiya Dərnəgül stansiyasına birləşdiriləcək.[2]