Yarməmmədbağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yarməmmədbağı
40°11′09″ şm. e. 47°36′31″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zərdab rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.085 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6325
Xəritəni göstər/gizlə
Yarməmmədbağı xəritədə
Yarməmmədbağı
Yarməmmədbağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


YarməmmədbağıAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Lətifələri ilə zəngindir.

Tarixi

Yarməmmədbağı qəbiristanlığı

Yarməmmədbağı kəndinin indiki ərazisi bir zamanlar Yarməmməd adlı şəxsin torpaq ərazisi olmuşdur. Yarməmmədin gördüyü işlər haqqında Həsən bəy Zərdabi 1880-ci illərdə “Kaspi” qəzetində dərc etdirdiyi “Zərdabdan məktublar” başlıqlı silsilə məqalələrində yazmışdır. İllər keçdikcə Yarməmmədə məxsus tut ağacından ibarət əraziyə müxtəlif ailələr köçərək burada məskunlaşmış, bununla da kəndin adı Yarməmmədbağı kimi tanınmışdır[1].

Coğrafiyası

Yarməmmədbağı kəndi Zərdab şəhərinin 12 kilometrliyində, cənub-qərbdə, Kür çayının sahilində yerləşir.

İnfrastruktur

Kənddə bələdiyyə, icra nümayəndəliyi, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi, ATS, mədəniyyət evi, sudan istifadə edənlər assossiasiyası və sairə var.

Ərazisi

Ərazisi 1057,70 hektardır.

Əhalisi

Əhalisi 1123 nəfər.

İqtisadiyyatı

Yarməmmədbağı kəndində heyvandarlıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıq hələ tarixən inkişaf etmişdir.

Şəkilləri

Mənbə

  • ASE, V cild, Bakı, 1981, səh. 88.

İstinadlar

  1. "Yarməmmədbağı". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-16.

Xarici keçidlər