Yuxarı Seyidlər — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Yuxarı Seyidlər | |
---|---|
40°21′40″ şm. e. 47°30′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yuxarı Seyidlər kəndinin ərazisində Seyid Şahmərdan adlı ziyarətgah mövcuddur. Tarixi mənbələrdə Azərbaycanda yayılmış Seyidlər adlanan yaşayış məntəqələrinin ilk sakinlərinin Cənubi Azərbaycandan türkləşmiş halda gələn seyidlər olduğu iddia olunur[2].
Yuxarı Seyidlər kəndi Zərdab şəhərindən 33 kilometr şimal-qərbdə, Kür çayının yuxarı axarında yerləşir. Ərazisi 1767,45 hektardır.
Əhalisi 810 nəfərdir.
Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, balıqçılıq və s. ilə məşğul olur.
Kənddə kitabxana, klub, poçt şöbəsi, mədəniyyət evi fəaliyyət göstərir.
Kənddə orta məktəb fəaliyyət göstərir.
Kənddə məscid mövcuddur.
Kənddə tibb məntəqəsi mövcuddur.
Zərdab rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |