Allahqulubağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Əlibəyli inzibati ərazi vahidində kənd.[1][4]
Kənd | |
Allahqulubağı | |
---|---|
40°11′13″ şm. e. 47°40′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Aran iqtisadi rayonu |
Rayon | Zərdab rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5,42[1][2] |
İqlimi | subtropik |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 764[1] nəfər |
Sıxlığı | 140,9 nəf./km² |
Milli tərkibi | azərbaycanlılar |
Dini tərkibi | sünni müsəlmanlar |
Rəsmi dili | azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6315[3] |
Kəndinin adının mənası "Allahquluya məxsus bağ" deməkdir.[1][5] 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir.[5] 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Allahqulubağı da onlardan biri idi. 1917-ci ildə Birinci və İkinci Allahqulubulağı adı ilə iki kənd qeydə alınmışdı.[5] Kənd SSRİ dövründən 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə olmaqla Karl Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir.[6][7] 1978-ci ildəki Kürdəki böyük daşqın zamanı Zərdaba səfər edən Heydər Əliyev bu kolxozda da görüş keçirmişdir.[8]
Zərdab şəhərindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir.[1] Kənddən Gəlmə-Allahqulubağı avtomobil yolu keçir.[9]
İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıq və bostançılıq təşkil edir.[1][10] 2015-ci ildən etibarən kəndə təbii qaz verilmişdir.[11]
Kənddə məktəb, kitabxana, klub və məscid fəaliyyət göstərir.[1][12][13]