Dəkkəoba
Dəkkəoba — Azərbaycan Respublikasının Zərdab rayonunun Dəli Quşçu inzibati ərazi vahidində kənd.
Dəkkəoba kəndi Şirvan düzündədir. Əvvəlki adı Məcidoba olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə indiki Böyük Dəkkə kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Dəkkə kəndinin obası" mənasındadır. "Oba, oymaq" mənasında olan dəkkə sözü Benqaliyanın ən qədim Şəhərlərindən biri və paytaxtı olan Dakka Şəhərinin adında da qorunub saxlanmışdır.[1]
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|