Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir.[2]
Kənd | |
Bıçaqçı | |
---|---|
40°18′08″ şm. e. 47°28′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Aran iqtisadi rayonu |
Rayon | Zərdab rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 3 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6312[1] |
Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir.[3]
Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir.[2] Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır.[2] Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər.
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur.[4]
Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.[2]
Əhali heyvandarlıq, yemçilik, pambıqçılıq, çəltikçilik, balıqçılıq, taxılçılıq, quşçuluq, meyvəçilik və s. ilə məşğul olur.[2]