Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd.[1][2]
Ağabağı | |
---|---|
40°06′38″ şm. e. 47°48′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6317 |
Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir.[3] Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir.[3] 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur.[4] Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir.[5]
Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.[6]
İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, bostançılıq və balıqçılıq təşkil edir. Kənd təbii qazla təmin olunmamışdır.[7]
2010-cu ilin may ayında güclü leysan yağışları və sel suları Ağabağı kənd ibtidai məktəbi binasında qəza vəziyyəti yaranıb.[8] Fövqəladə Hallar Nazirliyi bu səbəblə smeta dəyəri 57 min 726 manat olan 40 şagird yerlik yeni məktəb binası inşa etdirmişdir.[9][10] Kənddə həmçinin kitabxana da fəaliyyət göstərir.