Yarməmmədbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Lətifələri ilə zəngindir.
Yarməmmədbağı | |
---|---|
40°11′09″ şm. e. 47°36′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zərdab rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6325 |
Vikianbarda əlaqəli mediafayllar |
Yarməmmədbağı kəndinin indiki ərazisi bir zamanlar Yarməmməd adlı şəxsin torpaq ərazisi olmuşdur. Yarməmmədin gördüyü işlər haqqında Həsən bəy Zərdabi 1880-ci illərdə “Kaspi” qəzetində dərc etdirdiyi “Zərdabdan məktublar” başlıqlı silsilə məqalələrində yazmışdır. İllər keçdikcə Yarməmmədə məxsus tut ağacından ibarət əraziyə müxtəlif ailələr köçərək burada məskunlaşmış, bununla da kəndin adı Yarməmmədbağı kimi tanınmışdır[1].
Yarməmmədbağı kəndi Zərdab şəhərinin 12 kilometrliyində, cənub-qərbdə, Kür çayının sahilində yerləşir.
Kənddə bələdiyyə, icra nümayəndəliyi, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi, ATS, mədəniyyət evi, sudan istifadə edənlər assossiasiyası və sairə var.
Ərazisi 1057,70 hektardır.
Əhalisi 1123 nəfər.
Yarməmmədbağı kəndində heyvandarlıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıq hələ tarixən inkişaf etmişdir.
Zərdab rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |