Zakir Tağıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zakir Tağıyev
Şəxsi məlumatlar
Partiya

Zakir Tağıyev — dövlət qeydiyyatına alınmayan Azərbaycan Hümmət Partiyası, Vətən Ocağı Partiyasının və Vətən Ocağı qəzetin təsisçisi, biznesmen.[1]

Həyatı

Zakir Tağıyev Vətən Ocağı Partiyasının və eyniadlı qəzetin təsisçisidir.

Biznesmen Zakir Tağıyev Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, "Təranə" Holdinqin prezidenti, "Təranə" futbol komandasının sahibi və sponsoru, ən sonda isə Azərbaycanda fəaliyyət göstərmiş Peşəkar Futbol Liqası (PFL) adlanan qurumun prezidenti olmuşdur.

1990-cı illərdə siyasi səhnədə olduğu kimi biznes sahəsində də özünü göstərən Z.Tağıyev həmin illərdə "Milyoner Zakir" ləqəbi qazanmışdı.

Vətən Ocağı Partiyası 13 Fevral 1993-də Ana Vətən Partiyasına birləşmişdir. Lakin Ana Vətən Partiyasının Heydər Əliyevi dəstəkləməsi nəticəsində VOP-çular Ana Vətən Partiyasından istefa vermişdir.[2]

VOP-çular bundan sonra Azərbaycan Hümmət Partiyasını təsis etmişdir.1993-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Hümmət Partiyası prezidentliyə namizəd olaraq sədr Zakir Tağıyevi göstərmişdir.[3]

O, 1995-ci ildə siyasətdən getmişdir.

İstinadlar

  1. ""MİLYONER ZAKİR" HAKİMİYYƏTƏ HANSI PLANDA, MƏQAMDA KÖMƏK EDƏCƏK". 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  2. "Arxivlənmiş surət". 2020-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
  3. "Azərbaycanda prezident seçkilərinin tarixi". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.