Azərbaycanda prezident seçkiləri (2013)

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləriAzərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub.

← 2008  Azərbaycan  2018 →
Azərbaycanda prezident seçkiləri (2013)
9 oktyabr 2013
Seçici fəallığı 71,63 %
Namizəd İlham Əliyev Cəmil Həsənli İqbal Ağazadə
Partiya Yeni Azərbaycan Partiyası Bitərəf Azərbaycan Ümid Partiyası
Koalisiya Demokratik Qüvvələrin Milli Şurası
Səslər 3 126 113
(84.54 %)
204 642
(5.53 %)
88 723
(2.4%)

Nəticə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi partiya sədri İlham Əliyev 5 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Seçki qaydaları

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır. ​Təqvim planına görə, MSK oktyabrın 19-dək seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verir. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir. Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.

Maliyyələşmə

[redaktə | mənbəni redaktə et]

Bu prezident seçkiləri müstəqil Azərbaycanın tarixində "ən bahalı seçkidir". Belə ki, dövlət büdcəsindən bu prezident seçkisinə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılmışdır. Bu xərclər müxtəlif istiqamətlər üzrə (o cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əməkhaqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün) olub[1].

Qeydiyyat prosesi

[redaktə | mənbəni redaktə et]

Rəsmən 22 nəfər prezident seçkilərində iştirak etmək üçün rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlardan 21-i namizəd kimi qeydiyyata alınıb, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməsindən isə imtina olunub[2]. Prezident seçkiləri üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib, təsdiq olunan namizədlər daha sonra 40 min imza ilə namizədliklərini qeydə almalı idilər. 14 sentyabr tarixinə qədər qeydə alınmış 21 nəfərdən yalnız 10 nəfər 40 min imzanı toplaya bilmiş və namizədliyi MSK tərəfindən qeydə alınmışdı.[3]

Namizədliyi qeydə alınanlar

[redaktə | mənbəni redaktə et]
Namizəd Partiya Tərcüməyi halı

İlham Əliyev

Yeni Azərbaycan Partiyası
İlham Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) alıb. 1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti olan İlham Əliyev, 19952000-ci illərdə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinə seçimlərdə qələbə qazanıb və deputat seçilib. 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev, 20032008-ci illərdə baş tutan Azərbaycan Respublikası Prezident seçimlərdə qələbə qazanıb. O, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyası
Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Tibb Universiteti müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Siyasi fəaliyyəti — 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Prezident Ə. Elçibəyin 1-ci müavini olmuşdur. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Parlamentdə Demokratik Blokun üzvü olmuşdur. Siqnator deputatdır. 1991-ci ildə Parlamentdə qəbul olunmuş "Müstəqillik aktı"nı yazan 3, ona səs verən 43 istiqlalçı deputatdan biridir. Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinə rəhbərlik etmişdir. 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. Naxçıvanda ən yüksək zirvədə, Ermənistanla sərhəddə, mübahisəli ərazidə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən ələ keçirmişdir. Bu əməliyyata görə prezident Ə. Elçibəy tərəfindən "milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdə 3 kitab və elmi-nəzəri məqalələr yazmışdır. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir. 2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. 2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, 07.05.2005-ci il tarixdə 1-ci qurultayda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri seçilmişdir.

2010-cu il seçkilərində dördüncü çağırışda millət vəkili seçilmişdir. Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə Komitəsinin üzvüdür.


İqbal Ağazadə

Azərbaycan Ümid Partiyası
İqbal Ağazadə 1968-ci ildə Füzuli rayonunda anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində (BDU)Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) alıb. 20052010-cu illərdə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinə seçimlərdə qələbə qazanan və deputat seçilən İqbal Ağazadə, 2008-ci ildə baş tutan Azərbaycan Respublikası Prezident seçkilərində səslərin 2.82 faizini (%) toplayıb. O, 2002-ci ildən Ümid Partiyasının sədridir.

Araz Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyası
Araz Əlizadə 1951-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb.

Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Hafiz Hacıyev

Müasir Müsavat Partiyası

Zahid Oruc
Bitərəf

İlyas İsmayılov

Ədalət Partiyası

Cəmil Həsənli
Milli Şura
Cəmil Həsənli 1952-ci ildə Biləsuvar rayonunda anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb.

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyası

Namizədliyi qeydə alınmanyanlar

[redaktə | mənbəni redaktə et]
Namizəd Partiya Tərcümeyi halı İmtina səbəbi
Əhməd Orucov

Azadlıq Partiyası
Əhməd Orucov 1959-cu ildə Qazax rayonunda anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Universitetində (ADU) riyaziyyatçı ixtisası üzrə alıb. Əhməd Orucov 2005-ci ildən Azadlıq Partiyasının sədridir. Mərkəzi Seçki Komissiyasının (MSK) 12 sentyabr 2013-cü il tarixli 19/113 saylı Qərarı ilə Əhməd Abdul oğlu Orucovun Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqlərində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sayda az olmuşdur.

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyası
Fuad Əliyev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Xarici Dillər Universitetində (AXDU) alıb. Mərkəzi Seçki Komissiyasının (MSK) 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı Qərarı ilə Fuad Ağası oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqlərində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sayda az olmuşdur.

Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyası
Mərkəzi Seçki Komissiyasının (MSK) 13 sentyabr 2013-cü il tarixli 27/151 saylı Qərarı ilə Əli Nadir oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqlərində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sayda az olmuşdur.
Ərəstun Oruclu
Müstəqil
Ərəstun Oruclu 1963-cü ildə anadan olub. Ərəstun Məmməd oğlu Oruclu namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü.
İsmayıl Yusifov
Müstəqil
İsmayıl Yusifov 1975-ci ildə anadan olub. İsmayıl Sədulla oğlu Yusifov namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü.
Elşən Həsənov
Müstəqil
Elşən Həsənov 1961-ci ildə anadan olub. Elşən Şirzad oğlu Həsənov namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü.

Qüdrət İsaqov
Müstəqil
Qüdrət İsaqov 1950-ci ildə anadan olub. Qüdrət İsaq oğlu İsaqov namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü.

İlqar Məmmədov
Respublikaçı Alternativ Hərəkatı
İlqar Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Mixail Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) tarixçi ixtisası üzrə və Mərkəzi Avropa Universitetində (CEU) siyasətçi ixtisası üzrə alıb. İlqar Eldar oğlu Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdir. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilmişdir.
Rauf Quliyev
Müstəqil
Rauf Quliyev 1972-ci ildə anadan olub. Rauf Zakir oğlu Quliyev namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürdü.
Mənbə
Sorğunun tarixi
İsa Qəmbər İlham Əliyev Rüstəm İbrahimbəyov Əli Kərimli Mehriban Əliyeva Lalə Şövkət Eldar Namazov Çətinlik çəkir
ADAM[4] 25 iyun — 25 iyul 2013 29,0% 26,0% 16,5% 6,5% 5.8% 3.6% 1.6% 8,6%

Namizədlər arasında

[redaktə | mənbəni redaktə et]
Mənbə
Sorğunun tarixi
İlham Əliyev
Cəmil Həsənli
İqbal Ağazadə
Digərləri
Qərarsız
QHTƏA[5] 12 avqust — 12 sentyabr
89.32%
7,94% 0,91% 8,37% 0,62%
OpinionWay[6] 23–29 sentyabr
79.9%
7,8% 0,6% 3,5% 8,2%
CNN Politics[7] Oktyabr 46%
49%
1% 4% -
GALLUP World[7] Oktyabr 23%
60%
4% 12% 7%
Azadlıq Radiosu[8] Sentyabr — Oktyabr 11,6%
75.5%
1,4% 3,6% 7,9%
Namizəd Arthur J. Finkelstein
və Associates
[9]
RƏY[10]
ELS[11] OpinionWay[12] QHT Əməkdaşlıq
Alyansı
[13]
İqbal Ağazadə 1.6 % 1.4 % 1.88 % 1.7 % 1.88 %
İlham Əliyev 82.7 % 81.4 % 80.8 % 82.8 % 83.89 %
Araz Əlizadə 1.2 % 0.7 % 0.72 % 0.5 % 0.71 %
Hafiz Hacıyev 0.7 % 0.3 % 0.43 % 0.4 % 0.79 %
Cəmil Həsənli 8.8 % 9.1 % 10.55 % 9.3 % 8.2 %
Qüdrət Həsənquliyev 1.9 % 0.3 % 2.81 % 2.9 % 1.3 %
İlyas İsmayılov 0.9 % 0.3 % 0.65 % 0.5 % 0.95 %
Sərdar Məmmədov 0.6 % 0.2 % 0.63 % 0.6 % 0.67 %
Zahid Oruc 0.9 % 0.3 % 0.65 % 0.7 % 0.98 %
Fərəc Quliyev 0.9 % 0.2 % 0.88 % 0.6 % 0.63 %
Siyasi partiya Namizəd Topladığı səs
Say % +/-
Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyev 3 126 113 84.54% 2.80
Demokratik Qüvvələrin Milli Şurası Cəmil Poladxan oğlu Həsənli 204 642 5.53% Yeni
Azərbaycan Ümid Partiyası İqbal Fehruz oğlu Ağazadə 88 723 2.40% 0.42
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Müzəffər oğlu Həsənquliyev 73 702 1.99% 0.25
Bitərəf Zahid Məhərrəm oğlu Oruc 53 839 1.46% Yeni
Ədalət Partiyası İlyas Abbas oğlu İsmayılov 39 722 1.07% [a]
Azərbaycan Sosial Demokrat Partiyası Araz Məmməd Mübariz oğlu Əlizadə 32 069 0.87% Yeni
Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc İbrahim oğlu Quliyev 31 926 0.86% Yeni
Müasir Müsavat Partiyası Hafiz Ələmdar oğlu Hacıyev 24 461 0.66% 0.02
Azərbaycan Demokrat Partiyası Sərdar Cəlal oğlu Məmmədov 22 773 0.62% Yeni
Etibarlı səslərin sayı 3 697 970
Etibarsız səslərin sayı 36 622
Ümumi səslərin sayı 3 734 592
Seçicilərin sayı 5 214 787
Seçici aktivliyi: 71,63%
Mənbə:[14]
MSK sədri Məzahir Pənahovun prezident seçkiləri ilə bağlı saat 15.00-a olan nəticələri açıqlaması, 9 oktyabr 2013

İlkin nəticələr MSK tərəfindən seçki gününün sonunda elan edilmişdir.[15]

Namizədlərin reaksiyaları

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq reaksiyalar

[redaktə | mənbəni redaktə et]
  • ATƏT seçkinin nəticələrini tanımayıb: "Məntəqələrin 58 faizində səslər pis və ya çox pis sayılıb. Bundan başqa, seçki məntəqələri açılarkən onların 19 faizində baş verənlər də pis ya çox pis kimi qiymətləndirilib."[18][19]
  • Avropa Parlamenti: "1. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmamasından təəssüflənirik. 2. Bütün müxalif siyasətçilərin, jurnalistlərin və insan haqları müdafəçilərinin, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublunun heç bir şərt irəli sürmədən azadlığa buraxılmasına çağrırıq. 3. Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların baş tutmasından ötrü bütün siyasi məhbusların azad edilməsi, siyasi fəallara, jurnalistlərə və insan haqları müdafiəçilərinə hücumların dayandırılmasını şərt kimi qəbul edirik."[20]

12 oktyabr 2013-cü ildə Milli Şura seçkilərin saxtalaşdırılması iddiası ilə Məhsul stadionunda "BƏSDİR" adlı ilk seçkisonrası mitinqini keçirmişdir.[21][22][23] Mitinqlə əlaqədar Facebook sosial şəbəkəsi üzərindən təşkil edilmiş dəvəti 5500-dən artıq insan qəbul etmişdir.[24] Reutersin xəbərinə görə isə mitinqdə 4000-dən artıq adam iştirak etmişdir.[23]

27 oktyabr 2013-cü ildə Milli Şura seçkilərin saxtalaşdırılması iddiası ilə Məhsul stadionunda "Tələb edirik!" adlı növbəti, ikinci seçkisonrası mitinqini keçirmişdir.[25] Mitinqlə əlaqədar Facebook sosial şəbəkəsi üzərindən təşkil edilmiş dəvəti 5000-dən artıq insan qəbul etmişdir.[26] Bakı Şəhər Baş Polis İdarəsindən verilmiş açıqlamaya görə isə mitinqdə 1000 nəfər adam iştirak etmişdir.[27]

  1. 2013-cü ilin "bahalı seçkisi" — İndiyədək büdcədən ən çox məbləğ builki seçkiyə ayrılıb. [ölü keçid] (az.)
  2. "MSK-ya sənədləri təqdim etmiş namizədlər". 2013-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  3. MSK daha 2 nəfərin namizədliyini qeydə aldı Arxivləşdirilib 2013-09-15 at the Wayback Machine, Modern.az
  4. ""ADAM" sorğu keçirdi: İsa Qəmbər birinci oldu (Fotolar)". musavat.com. 2024-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  5. "Sorğu: Azərbaycanda keçiriləcək prezident seçkilərində əhalinin 89 faizindən çoxu İlham Əliyevi dəstəkləyir (FOTO). az.trend.az". 2014-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-18.
  6. İlham Əliyev — 79,9 faiz. qafqazinfo.az [ölü keçid] (az.)
  7. 1 2 "Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi". 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  8. Cəmil Həsənli sorğunu uddu. azadliq.info Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine (az.)
  9. "Arxivlənmiş surət". 2015-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  10. "Arxivlənmiş surət". 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  11. "Arxivlənmiş surət". 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  12. "Arxivlənmiş surət". 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  13. "Arxivlənmiş surət". 2013-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  14. "2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair". e-qanun.az. 2024-01-01 tarixində arxivləşdirilib.
  15. "İlkin nəticələr". 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-10.
  16. Cəmil Həsənlinin Seçki Qərargahı bəyanat yaydı. azadliq.info Arxivləşdirilib 2016-04-01 at the Wayback Machine (az.)
  17. "İlyas İsmayılov seçkini tanımadı". 2013-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  18. "ATƏT seçkinin nəticələrini tanımadı". 2013-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  19. "ATƏT müşahidə missiyasının hesabatı". 2013-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  20. Avropa Parlamentində saxta seçkiyə qiymət verildi. azadliq.info Arxivləşdirilib 2013-10-17 at the Wayback Machine (az.)
  21. Xalq saxtakara YOX dedi FOTO/VİDEO. azadliq.info Arxivləşdirilib 2013-10-18 at the Wayback Machine (az.)
  22. Milli Şura mitinq keçirib. bbc.co.uk Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine (az.)
  23. 1 2 Azeri police beat, detain demonstrators after vote protest rally. reuters.com Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine  (ing.)
  24. "BƏSDİR" mitinqi. facebook.com Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine (az.)
  25. Yağış saxtakarlığa etirazı söndürə bilmədi. azadliq.info Arxivləşdirilib 2013-10-30 at the Wayback Machine (az.)
  26. "Tələb edirik!" mitinqi. facebook.com Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine (az.)
  27. Bugünkü mitinqdə neçə nəfər iştirak edib?- Rəsmi açıqlama. qafqazinfo.az [ölü keçid] (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]