2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilərdir. Seçkilər 15 oktyabr 2008-ci ildə keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev ikinci dəfə qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb.
← 2003 2013 → | ||||
Azərbaycanda prezident seçkiləri (2008) | ||||
---|---|---|---|---|
15 oktyabr 2008 | ||||
Seçici fəallığı | 75,12 % | |||
Namizəd | İlham Əliyev | İqbal Ağazadə | Fazil Mustafayev | |
Partiya | Yeni Azərbaycan Partiyası | Ümid Partiyası | Böyük Quruluş Partiyası | |
Səslər | 3232259▲ (88.73% ▲) |
104279 (2.86%) |
89985 (2.47%) | |
Namizəd | Qüdrət Həsənquliyev | Qulamhüseyn Əlibəyli | Fuad Əliyev | |
Partiya | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Bitərəf | Azərbaycan Liberal Demokrat Partiyası | |
Səslər | 83037 (2.28%) |
81120 (2.23%) |
28423 (0.78%) | |
| ||||
Nəticə | Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi partiya sədri İlham Əliyev 5 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi |
Bu prezident seçkiləri üçün dövlət büdcəsindən 21,7 milyon manat ayrılmışdır[1].
Siyasi partiya | Namizəd | Topladığı səs | |||
---|---|---|---|---|---|
Say | % | +/- | |||
Yeni Azərbaycan Partiyası | İlham Heydər oğlu Əliyev | 3,232,259 | 87.34% | ▲10.50 | |
Azərbaycan Ümid Partiyası | İqbal Feyruz oğlu Ağazadə | 104,279 | 2,82% | Yeni | |
Böyük Quruluş Partiyası | Fazil Qəzənfər oğlu Mustafa | 89,985 | 2,43% | Yeni | |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Qüdrət Müzəffər oğlu Həsənquliyev | 83,037 | 2,24% | ▲1.74 | |
Bitərəf | Qulamhüseyn Surxay oğlu Əlibəyli | 81,120 | 2,19% | Yeni | |
Azərbaycan Liberal Demokrat Partiyası | Fuad Ağasi oğlu Əliyev | 28,423 | 0,77% | Yeni | |
Müasir Müsavat Partiyası | Hafiz Ələmdar oğlu Hacıyev | 23,771 | 0,64% | ▲0.30 | |
Etibarlı səslərin sayı | 3 642 874 | ||||
Etibarsız səslərin sayı | 57 760 | ||||
Ümumi səslərin sayı | 3 700 634 | ||||
Seçicilərin sayı | 4 927 561 | ||||
Seçici aktivliyi: 75,64% | |||||
Mənbə:[2] |