Zakir Tağıyev

Zakir Tağıyev — dövlət qeydiyyatına alınmayan Azərbaycan Hümmət Partiyası, Vətən Ocağı Partiyasının və Vətən Ocağı qəzetin təsisçisi, biznesmen.[1]

Zakir Tağıyev
Şəxsi məlumatlar
Partiya

Zakir Tağıyev Vətən Ocağı Partiyasının və eyniadlı qəzetin təsisçisidir.

Biznesmen Zakir Tağıyev Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, "Təranə" Holdinqin prezidenti, "Təranə" futbol komandasının sahibi və sponsoru, ən sonda isə Azərbaycanda fəaliyyət göstərmiş Peşəkar Futbol Liqası (PFL) adlanan qurumun prezidenti olmuşdur.

1990-cı illərdə siyasi səhnədə olduğu kimi biznes sahəsində də özünü göstərən Z. Tağıyev həmin illərdə "Milyoner Zakir" ləqəbi qazanmışdı.

Vətən Ocağı Partiyası 13 fevral 1993-də Ana Vətən Partiyasına birləşmişdir. Lakin Ana Vətən Partiyasının Heydər Əliyevi dəstəkləməsi nəticəsində VOP-çular Ana Vətən Partiyasından istefa vermişdir.[2]

VOP-çular bundan sonra Azərbaycan Hümmət Partiyasını təsis etmişdir.1993-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Hümmət Partiyası prezidentliyə namizəd olaraq sədr Zakir Tağıyevi göstərmişdir.[3]

O, 1995-ci ildə siyasətdən getmişdir.

  1. ""MİLYONER ZAKİR" HAKİMİYYƏTƏ HANSI PLANDA, MƏQAMDA KÖMƏK EDƏCƏK". 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  2. "Arxivlənmiş surət". 2020-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
  3. "Azərbaycanda prezident seçkilərinin tarixi". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.