Zeynal Zeynalov (nazir)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zeynal Zeynalov
bayraq
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
bayraq2
27 avqust 1956 – 8 iyun 1961
ƏvvəlkiHüseyn İsgəndərov
SonrakıTofiq Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1917
Doğum yeri
Partiya

Zeynal Abdulla oğlu Zeynalov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961).

Həyatı

Zeynal Zeynalov 1917-ci ildə Şuşada arabaçı ailəsində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1933-cü ildə Azərbaycan Hidrotexnikumuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, bir il Mirbəşir rayonunda işləmiş, təhsilini davam etdirmək üçün Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olmuş, 1942-ci ildə bitirmişdir.[1]

Zeynal Zeynalov 1942-ci ildən başlayaraq Xaçmaz, Salyan, Bakı–Sabunçu, yol distansiyalarında rəis müavini və rəis vəzifələrində çalışmışdır. O, 1950-ci ildə Bakı Dəmir Yolu Texnikumunun direktoru təyin edilmişdir. Bir il sonra, 1951-ci ildə Dzerjinski rayon partiya komitəsinin ikinci katibi seçilmiş, Azərbaycan Kommunist Partiyası Bakı Vilayət Komitəsi nəqliyyat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.[2]

1946-cı ildən Sov.İKP partiyasının üzvü olan Zeynal Zeynalov 1953-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye və nəqliyyat şöbəsi müdirinin müavini, 1954-cü ildə isə Azərbaycan KP MK nəqliyyat və rabitə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Sonra isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri vəzifəsində çalışmışdır.[1]

İstinadlar

  1. 1 2 Зејнал Абдулла оғлу Зејналов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 388.
  2. Зейнал Абдулла оғлу Зейналов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 162.