Tağı Əhmədov
Tağı Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Həyat yoldaşı | |
|
|
Təltifləri |
|
Əhmədov Tağı Məhəmməd oğlu (1 fevral 1949, Güney Qışlaq, Şahbuz rayonu) — Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri[1].
Həyatı
[redaktə | mənbəni redaktə et]Tağı Əhmədov 1 fevral 1949-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.
1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləmişdir.
1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir.
1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır.
"Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta" müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olmuşdur.
Evlidir, 2 övladı var.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Tağı Sadiqin — poetik ruhu.
- Tağı Sadiq — rübailər
- Bir ömrün işığı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Tağı Əhmədov: "Birinin evində silahı varsa, qonşu bu barədə polisə xəbər verməlidir"". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Tağı Əhmədov: "İşdən çıxarılmağım düzgün qərar idi" Arxivləşdirilib 2014-02-28 at the Wayback Machine
- Tağı Əhmədov bu sözlərinə görə işdən çıxarılıb Arxivləşdirilib 2014-02-28 at the Wayback Machine
- 1 fevralda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Şahbuz rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Azərbaycan Texniki Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Fəxri dəmiryolçular
- Azərbaycan Respublikasının əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bakı Metropoliteninin rəhbərləri
- Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri