Oğlanqala

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Oğlanqala
39°35′13″ şm. e. 45°02′46″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 853 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Oğlanqala xəritədə
Oğlanqala
Oğlanqala

Oğlanqala (əvvəlki adı: Ulya Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Ulya Noraşen kəndi Oğlanqala kəndi və müvafiq olaraq Ulya Noraşen kənd Soveti Oğlanqala kənd Soveti adlandırılmışdır.[1]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 8 kilometr şimalda, Arpaçayın sahilində, düzənlikdədir. Yaxınlığında mərmər yatağı yerləşir.

Əhalisi 2915 nəfərdir.(2009 - cu il)[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali taxılçılıq və heyvandarlıqla məşğuldur.

Tarixi və mədəniyyət abidələri

[redaktə | mənbəni redaktə et]

Memarlıq abidələrindən qala divarları, üç bürc var. Kənd yaxınlıqda yerləşən eyniadlı qədim yaşayış məntəqəsinin adını daşıyır.

  1. "Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]