Elmar Qasımov (rektor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elmar Qasımov
Vəzifədədir
10 aprel 2012-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 8 sentyabr 1973(1973-09-08) (50 yaş)
Partiya
Təhsili

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar müəllimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən).[1][2]

Həyatı

Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiyahüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur.

1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

Ailəsi

Ailəlidir, iki övladı var.

İctimai-siyasi fəaliyyəti

1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir.[3] 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb.[4]

2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü olub.[5]

10 aprel, 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.[1]

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[6]

Təltiflər

İstinadlar

  1. 1 2 "Elmar Qasımov rektor təyin olundu". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  2. "BANM-in rektoru Elmar Qasımov Ən yaxşı rektor seçilib". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  3. "Elmar Qasımov:"O zaman hələ 26 yaşım tamam deyildi, ən gənc nazir müavini oldum" — FOTO". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  4. "E. E. Qasımovun Azərbaycan Respublikasının təhsil nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  5. "Təhsil nazirinin sabiq müavini Elmar Qasımov üzə çıxdı (FOTO)". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  6. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  7. "Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Əməkdar Müəllim" fəxri adına layiq görülüb". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  8. "Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, принимающих активное участие в общественно-политической жизни Азербайджанской Республики". 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  9. "Prezident bir qrup rektoru təltif etdi". marja.az (az.). İstifadə tarixi: 2024-05-01.

Xarici keçidlər