Musiqi aləti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Musiqi alətlərinin qədim emalatxanası

Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.[1] Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir [2].

Növləri

Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.

1) Səsçıxarma imkanlarına görə

  • Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas;
  • Dartımlı alətlər – arfa;
  • Mizrablı alətlər - tar, saz;
  • Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir [3]. Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.
  • Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur [4]. Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür:
  • Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə təchiz olunmuş alətlər olub, səsçıxarma üsullarına görə fərqlənir. Növləri:

2) Alətlərin səslənmə registrinə görə növləri: bas alətlər, soprano alətlər, tenor alətlər.

3) Alətlərin quruluşuna görə növləri: natural alətlər, transpozisiyalı alətlər.

Çalğı alətləri Azərbaycan musiqisində

Müxtəlif xalqların musiqisində istifadə olunan çoxsaylı simli, nəfəs və zərb alətləri mövcuddur. Azərbaycan xalq musiqi alətləri:

Həmçinin bax

İstinadlar

  1. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Alət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  2. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Alətşünaslıq". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  3. "Muğam Ensiklopediyası - Zərbli alətlər". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  4. "Muğam Ensiklopediyası - Nəfəsli musiqi alətləri". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  5. "Muğam Ensiklopediyası - Alət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.

Xarici keçidlər