WATCH-MAKER
WATCH-SPRING
OBASTAN VİKİ
Watch
"Watch" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. 29 iyun 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən mini-albomun üçüncü sinqlı olaraq buraxılıb.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. == Tarixi == "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir. 2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. == Qəbul == "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Pocket Mortys
Pocket Mortys (azərb. Cib Mortiləri‎) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri‎) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir. == Məzmun == Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir.
Apple Watch
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur. 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır. "Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim edir. Onlardan hər biri "Apple" tərəfindən "Series" olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan "Series 1" və "Series 2" adlı iki seriyaya bölünüb. 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür. 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.
Watch Dogs
Watch dogs - Ubisoft Montreal tərəfindən hazırlanan, Ubisoft tərəfindən satışa çıxarılan açıq-dünya aksion-macəra oyunudur. Bu oyun 27 may 2014-cü il tarixində satışa çıxarılmışdır. Oyundakı hadisələr Amerikanın Çikaqo şəhərində cərəyan edir. Baş qəhrəman Aiden Pearce yüksək ixtisaslı hackerdir. O şəhərin operativ sistemi ilə əlaqədar olan və onları kontrolda saxlamaq üçün lazım olan hər bir cihaza çıxış əldə edə bilir. Bu oyunun şüarı belədir: "Hər şey qarşılıqlı təsir ilə biri o birinə bağlıdır, əlaqə - bu gücdür". Watch dogs-da olacaq bütün hadisələr açıq dünyada olacaq. Həmçinin, Gameplay özündə gizli elementləri - mobil əlaqəni, işıqforları, idarə etməni, müşahidəni cəmləşdirir. Bu oyun təkcə tək oyunçulu deyil, həm də korporativ çox oyunçulu rejimdə də mövcuddur.
Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi‎) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib. == Tarixi == Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.
Watch My Dance
Watch My Dance — 2011 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.