WATCH-MAKER
WATCH-SPRING
OBASTAN VİKİ
Watch
"Watch" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. 29 iyun 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən mini-albomun üçüncü sinqlı olaraq buraxılıb.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. == Tarixi == "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir.2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. == Qəbul == "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Pocket Mortys
Pocket Mortys (azərb. Cib Mortiləri‎) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri‎) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir. == Məzmun == Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir.
Apple Watch
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur. 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır."Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim etmişdir. Onlardan hər biri Apple tərəfindən 'Series' olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan iki seriyaya – "Series 1" və "Series 2"yə bölünmüşdü. 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür. 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.Hər bir seriya ilkin olaraq saat korpusunun materialı, rəngi və ölçüsü ilə müəyyən edilən çoxsaylı variantlarda satılır. "Series 3"dən başlayaraq, digər materiallarla birlikdə standart olaraq gələn LTE mobil bağlantısı üçün alüminium variantlarda seçim təqdim edilmişdir.
Watch Dogs
Watch dogs - Ubisoft Montreal tərəfindən hazırlanan, Ubisoft tərəfindən satışa çıxarılan açıq-dünya aksion-macəra oyunudur. Bu oyun 27 may 2014-cü il tarixində satışa çıxarılmışdır. Oyundakı hadisələr Amerikanın Çikaqo şəhərində cərəyan edir. Baş qəhrəman Aiden Pearce yüksək ixtisaslı hackerdir. O şəhərin operativ sistemi ilə əlaqədar olan və onları kontrolda saxlamaq üçün lazım olan hər bir cihaza çıxış əldə edə bilir. Bu oyunun şüarı belədir: "Hər şey qarşılıqlı təsir ilə biri o birinə bağlıdır, əlaqə - bu gücdür". Watch dogs-da olacaq bütün hadisələr açıq dünyada olacaq. Həmçinin, Gameplay özündə gizli elementləri - mobil əlaqəni, işıqforları, idarə etməni, müşahidəni cəmləşdirir. Bu oyun təkcə tək oyunçulu deyil, həm də korporativ çox oyunçulu rejimdə də mövcuddur.
Human Rights Watch
Human Rights Watch — dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı.
Watch My Dance