"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 14 nömrəli “Azərbaycan SSR” pavilyonu | |
---|---|
rus. Павильон № 14 «Азербайджанская ССР» на ВДНХ | |
| |
Ümumi məlumatlar | |
Növü | mədəniyyət mərkəzi |
Memarlıq üslubu | Stalinist memarlıq |
Ünvan | Sülh prospekti 119 |
Ölkə | SSRİ→ Rusiya |
Şəhər | Moskva |
Koordinatlar | 55°49′51″ şm. e. 37°37′37″ ş. u.HGYO |
Şərəfinə adlandırılıb | Azərbaycan SSR |
Təntənəli açılış tarixi | 1939 |
Texniki detallar | |
Material | kərpic, beton, mərmər, keramika |
Torpaq | 1967,1 m² |
Dizayn və konstruksiya | |
Memar | Sadıq Dadaşov, Mikayıl Hüseynov |
Vikianbarda əlaqəli mediafayllar |
Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-nin sənaye sahəsindəki (xüsusilə də neft hasilatı), heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və həyat sahələrindəki nailiyyətlərinə həsr edilmişdir.[1]
1959-cu ildə pavilyon rekonstruksiya olunub.[2]
1964-cü ildə pavilyonun ekspozisiyası dəyişildi və pavilyonda "Hesablama texnikası" sərgisi yerləşdirilmişdi. Bu ekspozisiyada Sovet dövründə yaranmış elektron texnikalar və hesablama maşınların nümayiş etdirilmişdi.
1967-ci ildə pavilyon memar L. İ. Marinovskinin layihəsinə əsasən yenidən qurulub, onun görünüşünü tamamilə dəyişdi. Binanın baş fasadı metal qutu ilə bağlanıb. Yeni fasadda "ВТ" (rus. «Вычислительная техника») hərfləri quraşdırılmışdı. Eyni zamanda, köhnə eksteryer yenidənqurma zamanı zədələnməmiş və içəridə qalmışdır.
1990-cı ildə ekspozisiya ləğv edildi və pavilyon ticarət məqsədləri üçün istifadə olunurdu. 2013-cü ilə qədər pavilyonda mum heykəllər muzeyi yerləşdirilmişdi. 2014-cü ildə pavilyon bərpa edildi və 1967-ci ilin görünüşü qaytarıldı.[3]
2016-cı ildə pavilyonun orijinal görünüşü qaytarıldı və rəsmi olaraq Azərbaycana icarəyə verildi. 2019-cu il noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışı olub.[4]