Çandarlı I İbrahim Paşa (ö. 25 avqust 1429) — II Murad dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamı. Tarixdə Çandarlılar ailəsi olaraq tanınan ailəyə mənsubdur.
Çandarlı I İbrahim Paşa | |
---|---|
تشاندار إبراهيم باشا | |
30 avqust 1421 – 25 avqust 1429 | |
Əvvəlki | Amasyalı Bəyazid Paşa |
Sonrakı | Qoca Mehmed Nizamüddin Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Çandarlı Qara Xəlil Xeyrəddin Paşa |
Həyat yoldaşı | Xanım Xatun |
Uşaqları |
Çandarlı Xəlil Paşa Mahmud Çələbi Mehmed Çələbi Fatma Xatun Xədicə Xatun |
Ailəsi | Çandarlılar |
Vikianbarda əlaqəli mediafayllar |
Çandarlı Qara Xəlil Xeyrəddin Paşanın kiçik oğludur. Mədrəsə təhsili almış, üləma zümrəsinə mənsub olduğu bilinir. Böyük qardaşı vəzir Çandarlı Əli Paşanın vəqf sənədlərinə görə, 1406-cı ilin yanvarında Bursada qazı olaraq fəaliyyət göstərmişdir. Fetrət dövründə isə bir müddət Ədirnədə Şahzadə Musa Çələbinin yanında Ədirnə qazısı olaraq qalmışdır. Daha sonra Bizansdan alınacaq vergi səbəbilə İstanbula göndərilmişdir. Ancaq bu səyahəti əsnasında Çələbi Sultan Mehmedlə razılığa gəldi və onun tərəfinə keçərək dönüşdə Bursaya gəldi.
Dövrün saray dəftərlərində 1415-ci ilin martında qazəsgər olduğu görünür. Daha sonra isə vəzir olaraq divana daxil oldu. Divana giriş tarixi bilinməsə də, 1402-ci ildə Çələbi Sultan Mehmedin ikinci vəziri olduğu məlumdur. 30 avqust 1421-ci ildə İldırım Bəyazidin oğlu Mustafa Çələbi ilə gedən Sazlıdərə döyüşündə məğlub olan Amasyalı Bəyazid Paşanın edamından sonra II Murad tərəfindən sədarətə gətirildi. Taxta yeni çıxan II Muradın Gəlibolu yarımadasına ordu çıxarmasında və Mustafa Çələbinin ələ keçirilərək edam edilməsində önəmli rol oynadı.
İbrahim Paşa məzar kitabəsinə görə, 25 avqust 1429-cu ildə vəfat etmiş, cənazəsi İznikə gətirilərək burdakı türbəsinə dəfn edilmişdir. Türbəsinin şərq cəbhəsində inşası 1425-ci ildə başlayıb 2 il davam edən bir imarəti olmuşdur. İmarətin isə yalnız kitabəsi günümüzə qədər gəlib çıxmışdır. İbrahim Paşa Qüdsdə bir mədrəsəsi olan Dədəbalinin qızı İsfahan Şah Xatun (bəzi mənbələrə görə Xanım Xatun) ilə evllənmiş, bu evlilikdən Mahmud və Mehmed adlı iki oğlu ilə Fatma və Xədicə adlı iki qızı dünyaya gəlmişdir. Gələcəkdə sədrəzəm olan böyük oğlu Çandarlı Xəlil Paşanın anası isə başqadır.