Çezare Paveze (it. Cesare Pavese; 9 sentyabr 1908[1][2][…] – 27 avqust 1950[3][1][…], Turin, İtaliya[3][4]) — XX əsr İtaliya ədəbiyyatının ən tanınmış simalarından biri.
Çezare Paveze | |
---|---|
it. Cesare Pavese | |
Doğum tarixi | 9 sentyabr 1908[1][2][…] |
Vəfat tarixi | 27 avqust 1950[3][1][…] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Həddindən artıq doza[d] |
Təhsili |
|
Fəaliyyəti | dilçi, yazıçı, tərcüməçi, ssenarist, ədəbiyyat tənqidçisi, jurnalist, bioqraf, şair |
Əsərlərinin dili | italyan dili |
Janrlar | poeziya, roman |
Vikianbarda əlaqəli mediafayllar |
O, məmur ailəsində böyüyüb, uşaqlıdan ədəbiyyata olan həvəsi sonralar onu Torino Universitetinin ədəbiyyat fakultəsində təhsil almağa sövq edir. Burada təhsilini başa vurduqdan sonra müxtəlif təhsil ocaqlarında dil və ədəbiyyatdan dərs deyir. Bu dövrdə ingilis və Amerika ədəbiyyatıyla bağlı yazıları La Kultura dərgisində yayımlanır. Daha sonra yaxın bir dostunun açdığı nəşriyyatda çalışmağa başlayır, şeirlər yazır. 1935-ci ildə anti-faşist fəaliyyətinə görə həbs edilir, bir il həbsdə yatır. Həbsxana dövrü Həbs romanının yaranmasına səbəb olur.
1950-cı ildə yazdığı Tənha qadınlar arasında romanı İtaliyanın ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülür. Pavezenin şəxsi həyatı uğursuzluqlarla zəngindir. Sonu olmayan eşq əlaqələri onun qüvvəsini tükəndirir. Ədəbiyyat mükafatını aldıqdan sonra Torinodakı otel otağında bütün əlyazmalarını yandıraraq 21 ədəd yuxu dərmanı atıb intihar edir.