İmamqulular — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq İmamqulular kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
İmamqulular | |
---|---|
39°44′43″ şm. e. 46°35′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi imamqulular nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Çox mədəni və kübar əhalisi olan bu kənd Şuşa rayonu ərazisinin ən səfalı və mənzərəli yerlərindəndir. Həmin ərazidə bu nəslin adı ilə bağlı olan meşə və mineral bulaq da var.[1]
Kənd Sarı Baba dağının ətəyində, zirvəyə ən yaxın bir yerdə yerləşir. Mineral sularla və bol sulu bulaqları ilə tanınır.[2]
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |