Onverst (əvvəlki adı: Saxkadzor) — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Saxkadzor kəndi Onverst kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Onverst kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Onverst | |
---|---|
39°40′26″ şm. e. 46°36′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.331 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |