Cəmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Cəmillər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmillər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Cəmillər | |
---|---|
39°45′11″ şm. e. 46°35′09″ ş. u.HGYO | |
Ölkə | |
Kəndin yaxınlığında eyniadlı göl də var. Yaşayış məntəqəsi XVIII əsrin axırlarında Qazax mahalından Qarabağa köçmüş cəmilli tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Etnotoponimdir.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |