Allahqulular — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd.
Allahqulular | |
---|---|
39°45′01″ şm. e. 46°37′53″ ş. u.HGYO | |
Ölkə | |
Region | Şuşa rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Allahqulular kəndi Səfixanlar kənd Sovetinin tərkibinə verilmişdir.[1]
1992-ci ilin mayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 mart 2023-ci il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Allahqulular kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.[2][3][4]
Kəndin keçmiş adı Allahquluuşağı olmuşdur. XIX əsrin əvvəllərində bu kəndi Qarabağ xanı Mehdiqulu xana mənsub xəlfəli elatının allahquluuşağı nəsli salmışdır. Etnooykonimdir.[5]
Kənd Xəlfəliçayın sahilində, düzənlikdə yerləşir.
Şuşa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |