Səfixanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Səfixanlar kəndi Xanalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfixanlar kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Səfixanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Səfixanlar | |
---|---|
39°45′04″ şm. e. 46°38′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin ərazisində eyniadlı çay da vardır. Səfixanlar sərkarların tirələrindən biri olmuşdur. 1917-ci ildə Bərdə rayonunun Şirvanlı icmasında Səfixan Sərkar adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[2]
Kənd Sarıbaba dağının yaxınlığında yerləşir.
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |