Mirzələr — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirzələr kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Mirzələr | |
---|---|
39°46′32″ şm. e. 46°39′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Mehdiqulu xana məxsus xəlfəli tayfasının mirzələr adlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Mirzənin nəslindən olanlar, mirzəgillər" mənasındadır. Kəndin yaxınlığında axan çay da Mirzələr çayı adlanır.[1]
Kənd Qarabağ silsiləsində yerləşir.
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |