Zamanpəyəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd.
Zamanpəyəsi | |
---|---|
39°44′56″ şm. e. 46°40′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 mart 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Zamanpəyəsi kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.[1][2]
Kəndin əsasını Xəlfəli tayfasına mənsub ailələr qoymuşlar. Oykonim Zaman (şəxs adı), pəyə (tövlə) və -(s)i (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, kəndin keçmişdə Zaman adlı şəxsə və ya Zamanlı kəndinə məxsus yaylaq yurdu olması haqqında məlumat verir.[3]
Kənd Qarabağ silsiləsində yerləşir.
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |