İohannes Rudolf Vaqner (alm. Johannes Rudolf von Wagner; 13 fevral 1822[2], Leypsiq, Saksoniya[4][5] – 4 oktyabr 1880[2], Vürtsburq[4][5]) — alman kimyaçısı.
İohannes Rudolf Vaqner | |
---|---|
Doğum tarixi | 13 fevral 1822[2] |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 1880[2] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[3] |
Elm sahələri | kimya[1] |
İş yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
O, İohannes Rudolf Vaqner Leypsiq Universitetində, sonra Parisdə Jan-Batist Dümanın yanında kimya üzrə təhsil alıb. Bir neçə il elmi planlarını gerçəkləşdirmək üçün Fransa, Almaniya, Belçika və Hollandiyada səyahət etmişdir. 1846–1851-ci illərdə. 1851–1856-cı illərdə Leypsiq Universitetinin kimya laboratoriyasında assistent, 1851–1856-cı illərdə Nürnberq Politexnik İnstitutunda kimya texnologiyası professoru kimi çalışmışdır. 1856-cı ildən ömrünün sonuna kimi Vürtsburq Universiteti Kimya Texnologiyası kafedrasına rəhbərlik etmişdir. O, həmçinin Bavariya krallığının texnoloji nəzarət üzrə dövlət departamentinin üzvü olub, həyatının son 20 ilində Ümumdünya Sərgilərinin münsiflər heyətinin daimi üzvü olub. 1873-cü ildə Vyanada keçirilən Ümumdünya Sərgisində Bavariya nümayəndə heyətinə rəhbərlik etdi, uğurlu işinə görə zadəganlıq rütbəsinə qədər yüksəldi.
Vaqnerin tanenlərin kimyası ilə bağlı bir sıra əsərləri, o cümlədən onların mənşəyi və təsnifatı (1872) haqqında o dövr üçün vacib olan məqalələri vardır. Bununla belə, o, ömür boyu və ölümündən sonra təkrar nəşrlərdən keçmiş (Ferdinand Fişer tərəfindən yenidən işlənmiş XV nəşr, 1900-cü ildə işıq üzü görmüş) və bir çox dillərə tərcümə edilmiş Kimya texnologiyası təlimatının (alm. Handbuch der chemischen Technologie; 1850) tərtibçisi kimi tanınır. Kitabın rus dilinə tərcüməsi Dmitri Mendeleyevə məxsusdur.[6] Bundan əlavə, 1855-ci ildən ömrünün sonuna kimi Rudolf Vaqner "Kimya texnologiyasında irəliləyişlərin illik kitabını" (alm. Jahresbericht über die Leistungen der chemischen Technologie) redaktə etdi.