İpək yolu üzərində Azərbaycan abidələri

İpək yolu üzərində Azərbaycan abidələriAzərbaycanın İpək yolu üzərində yerləşən abidələri.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Böyük İpək Yolu" — e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər aparan karvan yolu olmuşdur. Bu İpək Yolunun üzərində yerləşən və mühüm strateji mövqeyə malik olan Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynamışdı.[1]

Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmış, artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur.[2]

Bu səbəbdəndir ki, əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, briliant, mirvari Avropa ölkələrinə daşınımasında Azərbaycanın mühüm rolu olmuşdur.

Qədim Odlar Yurdu hələ antik dövrlərdə "Böyük İpək yolu" zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri ilə bağlanan ticarət yollarının buradan keçməsi səbəbli İpək yolunun üzərində yerləşən Bakı, Bərdə, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi Azərbaycan şəhərləri regionun taleyində, siyasi və iqtisadi inkişafında önəmli rol oynayırdılar.[3]

Həmin dövrlərdə ölkəyə gələn tacirlər karvanlarının təhlükəsizliyi, onların ölkədə qala bilmələri üçün bu bölgələrdə karvansaralar tikilirdi. İpək yolu üzərində yerləşən Azərbaycan abidələr şəhərlərə görə təsnifləndirilir:[4] Azərbaycanda "Böyük İpək Yolu"nun üzərində yerləşən qədim yaşayış məntəqələrindən — Bakı, Şamaxı, Basqal, Lahıc, Qəbələ, Şəki və başqalarından keçən turizm marşrutlarının inkişafı üzrə zəngin təcrübə toplanır və həyata keçirilməsi istiqamətində işlər aparılır.

2013-cü ilin iyunun 29-da Şəkidə XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Aşağı Karvansara" kompleksində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilmişdir. Festivalın Şəkidə keçirilməsi heç də təsadüfi olmamış, əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olmuşdur.

Bakı[redaktə | mənbəni redaktə et]

Xan Karvansarası
Səlim karvansarası
Əlincə qalası

Corat qəsəbəsi[redaktə | mənbəni redaktə et]

İmamzadə türbəsi

Naxçıvan[redaktə | mənbəni redaktə et]

Yuxarı Karvansara

Şəki[redaktə | mənbəni redaktə et]

Bərdə şəhərində İmamzadə

Gəncə[redaktə | mənbəni redaktə et]

Bərdə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [thttp://www.mct.gov.az/az/umumi-xeberler/boyuk-pek-yolunun-uzerinde-movcud-olan-tarixi-seherlerin-dunya-irsinde-yeri "Arxivlənmiş surət"]. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  2. https://azertag.az/xeber/UNESCO_Boyuk_Ipek_Yolu_Beynelxalq_Gencler_Ittifaqini_resmi_siyahisina_daxil_etmisdir-24227
  3. "Arxivlənmiş surət". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  4. "Arxivlənmiş surət". 2019-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.