Molla Əhməd məscidi — XIV əsrdə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.
Molla Əhməd məscidi | |
---|---|
40°22′03″ şm. e. 49°50′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Sabir küçəsi, 9 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Mahmud ibn Səd |
Sifarişçi | Nəsrəddin Quştası ibn Həsən Hacıbaba |
Tikilmə tarixi | XIV yüzilliyin əvvəli |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | əsaslı şəkildə təmir-bərpa edilib |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 85 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Molla Əhməd məscidi İçəri Şəhərin məhəllə məscidləri tipinə aiddir.[1] XIV əsrin əvvəllərində Nəsrəddin Quştası ibn Həsən Hacıbabanın sifarişi ilə ustad-memar Mahmud ibn Səd tərəfindən tikilib.[1][2][3]
Məscid planda dördbucaq şəklində olub həcmcə kiçik bir zaldan ibarətdir[4]. Bir mərtəbəlidir və minarəsi yoxdur.[5] Cənub divarında sadə mehrab, yanlardan taclı, alçaq formalı daş qübbə işlənib.[6] Məscidin binası gözə çarpmayan assimetrik fasad, dəqiq profillənmiş giriş və sonradan əlavə olunmuş iki kiçik pəncərə ilə tamamlanır.[2] Fasadın yuxarı hissəsində uzun zolaq şəklində yerləşdirilmiş iki sətirlik ərəb dilində yazılmış kitabədə həm sifarişçi, həm də memar haqqında məlumat verilir.[1] Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılıb.[2][7]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[8]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9][10]