Hacı Bani məscidi

Hacı Bani məscidi — XVI əsrə aid İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.

Hacı Bani məscidi
Xəritə
40°22′01″ şm. e. 49°50′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 20
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Hacı Bani
Tikilmə tarixi XVI əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.77
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hacı Bani məscidi İçərişəhərdə Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir.[1] Minarəsi və günbəzi yoxdur.[2] Məscid fasadı üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilib.[3] Hicri-qəməri təqvimlə 1320-ci ildə[q 1] bərpa edilib.[4][5]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[6]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]

Məsciddə girişlə üzbəüz, iri miqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir. Məscidin üzərindəki digər kitabəyə əsasən isə məscid Hicri-qəməri təqvimlə 1320-ci ildə[q 1] bərpa edilib.[3] Bu zaman yenidənqurma işləri aparılıb, vestibül və qadınlar üçün nəzərdə tutulmuş xüsusi hissə (şəbistan) əlavə edilib. Cüt yarımdairəvi pəncərələr sayəsində isə ibadət zalı ikiqat işıqlandırılıb.[4] Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlayıb.[3] İfadəli silueti, kub təməl üzərindəki quruluşu, Abşeron tipli daş şarkonusvari günbəzin traktovkası və küçənin eniş istiqamətində gözəl vurğulanmış künc hissəsi yerli memarlığın xarakterik xüsusiyyətlərini əks etdirir.[3][4]

  1. 1 2 H. Q. 1320 = M. 10 aprel 1902 – 29 mart 1903
  1. Fətullayev, Şamil. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF) (az.) (Şərq-Qərb nəşriyyatı). Bakı. 2013. 56. 2024-01-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-30.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 50. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 4 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 90. ISBN 978-9952-32-020-6.
  4. 1 2 3 "HАCI BANİ MƏSCİDİ" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  5. Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 138. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  6. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.