İqtisadi sistem

İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir.

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat

Sistemin quruluşu

[redaktə | mənbəni redaktə et]

Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür.

Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir. Hər bir iqtisadi sistem müəyyən maddi-texniki baza üzərində formalaşır.

İqtisadi sistemin məzmunu

[redaktə | mənbəni redaktə et]

İqtisadi sistemlər müxtəlif məzmunlu və səviyyəli olsalar da onların hamısı üç mühüm vəzifəni yerinə yetirməlidir. Bu məhdud resursların olduğu şəraitdə nə istehsal etmək, necə istehsal etmək və kimin üçün istehsal etməkdən ibarət olan üç vəzifədir.

  • Birinci vəzifə – nə istehsal etməkdir. Burada belə bir qərar qəbul olunmalıdır ki, məhz hansı nemət, hansı keyfiyyətdə və miqdarda istehsal olunmalıdır.
  • İkinci vəzifə – necə istehsal etməkdir. Burada belə bir qərar verilməlidir ki, nemət (məhsul) hansı məhdud resürslar, onların kombinasiyası və hansı texnikanın köməyi ilə istehsal olunmalıdır.
  • Üçüncü vəzifə – kim üçün istehsal etməkdir. Bu problem nemətlərin bölgüsü ilə bağlıdır: istehsal olunmuş nemət kimə çatacaq və iqtisadi subyekt hansı məbləğdə ona sahib (malik) olacaqdır.

İqtisadi sistem müxtəlif quruluşlu olur. Bu quruluşu təşkil edən hər bir hissə yarımsistem kimi çıxış edir. Məsələn, məlumdur ki, müasir istehsal iki yarımsistemdən ibarətdir: maddi istehsal sferası və qeryi-maddi istehsal sferası. Bazar sisteminə də bir çox nisbi müstəqil bazarlar daxildir. Müəssisələr müxtəlif sexlərdən, müəssisədaxili idarə sistemlərindən, təchizat və məhsulun satışı və s. şöbələrdən ibarət yarımsistemlərə malikdir. Milli iqtisadiyyat xalq təsərrüfatı komplekslərini; pul, kredit və maliyyə sistemlərini; ümummilli iqtisadi idarəetmə sistemlərini və s. özündə birləşdirir.

İqtisadi sistemin məqsədi

[redaktə | mənbəni redaktə et]

Beləliklə, iqtisadi sistem – maddi və qeyri-maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı zamanı yaranmış, bir-birilə möhkəm tellərlə bağlı olan təsərrüfat münasibətlərinin məcmusudur (Y. F. Borisov). C. Helbreytin fikrincə "Ən yaxşı iqtisadi sistem insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir". Bunun üçün iqtisadi sistem aşağıdakı məsələlərin həllinə nail olmalıdır:

  • İqtisadiyyatın optimal strukturu formalaşdırılmalıdır;
  • İqtisadi fəaliyyətin bütün növlərinin əlaqəsini təmin etməlidir;
  • Sosial məqsədlərin həyata keçirilməsini təmin etməlidir.
  • Колганов А. И., Бузгалин А. В. Экономическая компаративистика: Сравнительный анализ экономических систем: Учебник. М. ИНФРА-М, 2009.
  • Нуреев Р. М. Очерки по истории иституционализма. Ростов н/Д, "Содействие — XXI век"; Гуманитарные перспективы, 2010
  • Видяпин В. И., Журавлёва Г. П., Петраков Н. Я. и др. Экономические системы: кибернетическая природа развития, рыночные методы управления, координация хозяйственной деятельности корпораций. Пер с общ.ред.- Н.Я. Петракова; Видяпина В.И.; Журавлёва Г.П. М., ИНФРА-М, 2008
  • Дынкин А. А., Королёв И. С., Хесин Е. С. и др. Мировая экономика: прогноз до 2020 года, М. Магистр, 2008.